Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla Ukraynada sülh mövzusunu müzakirə etməkdən imtina edib.
APA xəbər verir ki, bu barədə “Reuters” Almaniyanın xarici işlər naziri Annalena Berboka istinadən məlumat yayıb.
“Ukrayna ədalətli sülhə hazırdır”, - Berbok qeyd edib.
XİN rəhbəri vurğulayıb ki, məhz Putin sülh yolu ilə nizamlanmanın həlli yollarını axtarmaqdan imtina edir:
“O, sülhü qəbul etməkdən imtina edir və hər gün müharibə və dağıntının lehinə növbəti bir siqnal göndərir. Bu günlərdə Almaniya Kansleri ilə telefonla danışmağa belə hazır deyil”.