Almaniyada uşaqlar arasında virus yayılıb

Almaniyada uşaqlar arasında virus yayılıb
# 02 dekabr 2023 01:22 (UTC +04:00)

Almaniyada mikoplazma pnevmoniyasının yayılması qeydə alınıb.

APA xəbər verir ki, bu barədə "Life" nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu xəstəlik əsasən uşaqlar arasında yayılıb və Çində baş qaldırıb.

Söhbət atipik sətəlcəmə səbəb olan "Mycoplasma Pneumoniae" bakteriyasından gedir.

Xəstəlik 5 yaşdan 16 yaşa qədər olan şəxslərdə özünü göstərir.

Şiddətli öskürək və tənəffüs yollarının daralması ilə müşahidə edilir.

ÜST-ün məlumatına görə, bu xəstəliyin pandemiya potensialı yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR