Almaniyanın qərbində baş verən yol qəzasında 27 uşaq xəsarət alıb

Almaniyanın qərbində baş verən yol qəzasında 27 uşaq xəsarət alıb
# 21 aprel 2024 17:38 (UTC +04:00)

Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, avtobusda Marburqdan İngiltərəyə 15-17 yaşlı məktəblilər olub, göyərtəsində böyüklər də olub. A45 şosesində avtobus qəfildən yoldan çıxaraq aşıb.

Dörd yeniyetmə ağır yaralanıb və xəstəxanaya aparılıb. Avtobus sürücüsü də yüngül xəsarətlər alıb. Qəzanın səbəbləri aydınlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR