Avropa Komissiyası (AK) Almaniyanı məhkəməyə verə bilər, buna səbəb 2022-ci ildə ölkədə qəbul edilən və Almaniya ərazisindən qaz ixracına vergi tətbiq edən qanundur.
APA xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Almaniya mübahisəli qaz qanununa yenidən baxmasa, Aİ məhkəməyə müraciət edəcək. Bu qanun, qonşu ölkələrin fikrincə, Rusiyanın enerji mənbələrindən uzaqlaşmaq səylərinə zərər vurur”, - nəşr qeyd edir.