Avropa Komissiyası Gürcüstana xarici agentlərlə bağlı qanun layihəsinə görə çağırış edib

Avropa Komissiyası Gürcüstana xarici agentlərlə bağlı qanun layihəsinə görə çağırış edib
# 12 aprel 2024 12:56 (UTC +04:00)

Avropa Komissiyası Gürcüstanı xarici agentlərlə bağlı qanun layihəsini parlamentin müzakirəsindən geri götürməyə çağırıb.

APA-nın “Politico”ya istinadən xəbərinə görə, qurumdan bildirilib ki, sənəd hökumətin Avropa İttifaqı qarşısındakı öhdəliklərinə ziddir.

O da qeyd olunub ki, adıçəkilən ölkə Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməli, söz və sərbəst toplaşmaq azadlığını, o cümlədən vətəndaş cəmiyyəti ilə dialoqu təmin etməlidir.

Xatırladaq ki, Gürcüstan quruma üzvlük üçün namizəd statusu əldə edərkən, bir sıra islahatlar aparmağı öhdəsinə götürüb. Avropa Komissiyası payız ayları ərzində bu tələblərin icrası vəziyyəti ilə bağlı rəy verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR