Avropa və Ukrayna parlamentləri qarşılıqlı Anlaşma Memorandumunu yeniləyiblər

Avropa və Ukrayna parlamentləri qarşılıqlı Anlaşma Memorandumunu yeniləyiblər
# 28 noyabr 2023 16:29 (UTC +04:00)

Avropa və Ukrayna parlamentləri yenilənmiş qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sənəd bu gün Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Ukrayna parlamentinin sədri Ruslan Stefançuk tərəfindən imzalanıb.

"Bu, əlaqələrimizi gücləndirmək üçün vacib və simvolik addımdır. Həm də Ukraynaya Avropa İttifaqına üzvlük üçün hazırlaşmağa kömək edəcək praktik bir yoldur", - deyə Metsola görüşdən sonra brifinq zamanı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR