Avstriya vətəndaşlarını İranı tərk etməyə çağırıb

Avstriya vətəndaşlarını İranı tərk etməyə çağırıb
# 13 aprel 2024 04:22 (UTC +04:00)

Avstriya öz vətəndaşlarını İrana səfərlərdən çəkinməyə, orada olanları isə ölkəni tərk etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum bildirib ki, regionda mövcud gərgin vəziyyətlə əlaqədar yaxın günlərdə təhlükə səviyyəsinin yüksəlməsini gözləmək olar.

Bundan əlavə, qeyd olunur ki, Avstriya Hava Yolları baş verən hadisələr fonunda aprelin 18-dək Tehrana uçuşları ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR