Berbok Parisdəki hücumla bağlı açıqlama verib

Annalena Berbok

© APA | Annalena Berbok

# 03 dekabr 2023 13:19 (UTC +04:00)

Almaniyanın xarici işlər naziri Annalena Berbok Parisdəki hücumda həlak olan alman əsilli filippinli turistin ailəsinə başsağlığı verib və terrora Avropada yer olmadığını bildirib.

APA xəbər verir ki, Berbok bu barədə X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Parisdən şok xəbər aldıq. Düşüncələrim islamçıların hücumu zamanı öldürülən gənc almanın dostları və ailəsi ilədir" – deyə yazıb.

Nazir eyni zamanda zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb. "Avropada nifrət və terrora yer yoxdur" deyə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri fikirlərini yekunlaşdırıb.

Xəbər verdiyimiz kimi, Fransanın paytaxtı Parisdə bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumata görə, Parisdə “Hakeim” metro dayanacağı yaxınlığında bir nəfər bıçaqla yoldan keçənlərə hücum edib. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Polis tərəfindən saxlanılan 1997-ci il təvəllüdlü hücumçunun fransız olduğu bildirilib. Təcavüzkarın kəşfiyyat qeydlərində radikal meylli biri kimi göstərildiyi də bildirilir.

Paris prokurorluğu hadisə ilə bağlı "qətl" və "qəsdən adam öldürməyə cəhd" maddələri ilə istintaqa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR