Blinken Hakan Fidanla Qəzzanı müzakirə edib - YENİLƏNİB

Blinken Hakan Fidanla Qəzzanı müzakirə edib - YENİLƏNİB
# 28 noyabr 2023 16:28 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl keçirilən görüşdə tərəflər Qəzzadakı son hadisələri və İsveçin NATO-ya üzvlük prosesini müzakirə ediblər.

***

10:39

ABŞ dövlət katibi Antoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

Bildirilib ki, görüş bu gün Brüsseldə baş tutacaq.

Qeyd edək ki, bu gün Belçikada NATO ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İclas çərçivəsində Blinken həmçinin, NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək. Dövlət Departamenti bildirib ki, Blinken səfəri çərçivəsində Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada xarici işlər nazirləri və Aİ-nin Ali Nümayəndəsi ilə birgə görüş keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR