Bloomberg: ABŞ-Rusiya əməkdaşlığı ilə bağlı NATO-nu “qaranlıq gələcək” gözləyir

Bloomberg: ABŞ-Rusiya əməkdaşlığı ilə bağlı NATO-nu “qaranlıq gələcək” gözləyir
# 10 noyabr 2024 17:24 (UTC +04:00)

Prezident seçkilərində qalib gələn Respublikaçı Donald Trampın ABŞ Ukrayna məsələsində Rusiya ilə əməkdaşlıq edərsə, NATO-nu “qaranlıq gələcək” gözləyir.

APA xəbər verir ki, bu fikri Bloomberg-in köşə yazarı Maks Hastinqs bildirib.

Onun sözlərinə görə, Trampın Ağ Evə qayıtması fonunda ABŞ-ın Avropa NATO müttəfiqləri “yeni həyata hazırlaşır”, transatlantik tərəfdaşlıqda “strateji fasilə” təklif edir.

“Əgər yeni seçilmiş prezident Donald Tramp Ukrayna problemini həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə işləmək vədinə əməl etsə, NATO-nun gələcəyi qaranlıq görünür”, jurnalist izah edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR