Bolqarıstanın energetika naziri Vladimir Malinov və Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek enerji sektorunda əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.
APA xəbər verir ki, bu barədə Bolqarıstanın Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bəyannamə Yunanıstanın Saloniki şəhərində keçirilən beynəlxalq enerji forumunda imzalanıb.