Almaniya ordusunun İsrailin İran əleyhinə müdafiəsində iştirakı gündəmdə deyil.
APA-nın “Aachener Zeitung” nəşrinə istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin müdafiə naziri Boris Pistorius deyib. O bildirib ki, bunun üçün Bundestaqın razılığı vacib şərtdir.
Nazir əlavə edib ki, özü də bu məsələnin reallaşmasını mümkün saymır.