Borrell: Aİ Venesueladakı prezident seçkilərinin nəticəsini tanımayacaq

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell

© APA | Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell

# 05 avqust 2024 14:46 (UTC +04:00)

“Avropa İttifaqı (Aİ) Venesuelada baş verənləri diqqətlə izləyir və hesab edir ki, iyulun 28-də keçirilən prezident seçkisi beynəlxalq standartlarla bilavasitə ziddiyyət təşkil edib”.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin bəyanatında bildirilib.

Qeyd olunub ki, təmsil etdiyi qurumda Venesueladakı gərginlikdən, eləcə də bu ölkənin Milli Seçki Şurasının hələ də öz yekun hesabatını hələ də açıqlamamasından ciddi şəkildə narahatlıq keçirir:

“Nikolas Maduronun qələbəsini təsdiqləyən tutarlı sübutlar təqdim olunmayana qədər Avropa İttifaqı Venesuelada keçirilən son Prezident seçkilərinin nəticəsini tanımayacaq. Çünki müxalifətin açıqladığı protokollar siyasi elitanın bu qanadını təmsil edən Edmundo Qonsales Urrutiyanın qələbə qazandığını deməyə əsas verir. Buna görə də Avropa İttifaqı Venesuela hakimiyyətini seçkinin nəticəsinin təftişi prosesinin beynəlxalq təşkilatların iştirakı ilə yenidən həyata keçirilməsinə çağırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR