Böyük Britaniya Kosovoya 200 əsgər göndərəcək

Böyük Britaniya Kosovoya 200 əsgər göndərəcək
# 02 oktyabr 2023 01:33 (UTC +04:00)

Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının (SACEUR) müraciətindən və Şimali Atlantika Şurasının təsdiqindən sonra Böyük Britaniya Kosovoya əlavə 200 əsgər göndərəcək.

APA-nın xəbərinə görə, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.

Hazırda Kosovoda Britaniyanın 400 nəfərlik kontingenti xidmət aparır. Personal sayının artırılması Kosovo və Serbiya arasında vəziyyətin gərginləşməsi ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR