Britaniya Moskva Birjasına qarşı sanksiyalar tətbiq edib

Britaniya Moskva Birjasına qarşı sanksiyalar tətbiq edib
# 13 iyun 2024 15:08 (UTC +04:00)

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Londonun sanksiya siyahısında Moskva birjası da hədəf olub.

Britaniya yeni sanskiya siyahısına 40-dan çox Rusiya obyekti düşüb.

Qeyd edək ki, dünən ABŞ yeni anti-Rusiya sanksiyalarını açıqlayıb. Xüsusilə, Moskva Birjası və birjada valyuta əməliyyatlarında vasitəçi kimi çıxış edən Milli Klirinq Mərkəzi Vaşinqtonun bloklayıcı sanksiyaları altına düşüb. Sanksiyaların elanından sonra Moskva Birjası iyunun 13-də dollar və avro ilə ticarəti dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR