Britaniya Ukraynadakı döyüşlərdə kimyəvi silahdan istifadə etməyə görə, Rusiya Silahlı Qüvvələrinin bəzi hərbçilərinə sanksiya tətbiq edib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.
“Sanksiyaya məruz qalanlar arasında Rusiya Federasiyasının Radioloji, Kimyəvi və Bioloji Müdafiə Qoşunları və onun rəhbəri İqor Kirillov da var,”- deyə hökumətin bəyanatında deyilir.
Böyük Britaniya Rusiyanın Kimyəvi Silahlar Konvensiyasını (CWC) kobud şəkildə pozduğunu bildirib və Rusiyanı bütün bu cür fəaliyyətləri dərhal dayandırmağa çağırıb.
“Britaniya Putinin Kimyəvi Silahlar Konvensiyasını da daxil olmaqla beynəlxalq hüququ pozmasına tamaşa etməyəcək ", - xarici işlər naziri David Lammy bildirib.