Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
# 06 dekabr 2023 15:27 (UTC +04:00)

Böyük Britaniya Rusiyaya avadanlıq və hissələri ixrac edən xarici hərbi təchizatçılara yeni sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında məlumat verilib.

"Böyük Britaniya Putinin döyüş maşınını təchiz edən və maliyyələşdirən şəxslərə və qruplara qarşı 46 yeni sanksiya elan edib. Buraya Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsini dəstəkləməyə davam edən Belarus, Çin, Serbiya, Türkiyə, BƏƏ və Özbəkistandakı bizneslər daxildir" - məlumatda bildirilib.

Qeyd olunub ki, bununla Böyük Britaniya Rusiyanın müharibə səylərini dəstəkləyən 30-dan çox üçüncü ölkə qurumuna qarşı tədbir görüb.

Bildirilib ki, birbaşa Rusiyanın hərbi sənaye kompleksinə qarşı sanksiyalar çərçivəsində pilotsuz təyyarələrin və raket hissələrinin dizaynı və istehsalı, əsas elektron komponentlərin idxalı və təchizatı ilə əlaqəli 31 fiziki və hüquqi şəxsə sanksiya tətbiq olunub. Həmçinin Çindən üç şirkətə, Türkiyədən bir şirkətə, Belarusdan bir və Serbiyadan bir şirkətə, "Vaqner" qrupu ilə əlaqəli üç qurum və şəxslərə və BƏƏ-də yerləşən 4 korportaiv quruma sanksiyalar tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR