Britaniya “Shaheed” qronlarına qarşı döyüşmək üçün Ukraynaya Martlet raketləri verib

Britaniya “Shaheed” qronlarına qarşı döyüşmək üçün Ukraynaya Martlet raketləri verib
# 05 dekabr 2023 07:58 (UTC +04:00)

Böyük Britaniya ən son Martlet raketlərini Ukraynaya təhvil verib.

APA xəbər verir ki,bu barədə “The Times” məlumat yayıb.

Qeyd olunur ki, bu raketlər Rusiyanın demək olar ki, hər gün Ukrayna şəhərlərinə hücum etmək üçün istifadə etdiyi “Shaheed” pilotsuz uçuş aparatları ilə mübarizədə effektivdir. Eyni zamanda, bu raketlərin Kiyevə ötürülməsi ilə bağlı rəsmi məlumat yoxdur.

“Martlet” raketi çoxfunksiyalı, kiçik ölçülü, çoxməqsədli idarə olunan raketdir. Atış məsafəsi 8 kilometrə qədərdir. Martlet raketlərinin bir xüsusiyyəti iki kanallı tuşlama sistemindən - lazer və infraqırmızı şüadan istifadə etməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR