Birləşmiş Krallığın Baş naziri Kir Starmer İrlandiya Respublikası ilə münasibətlərin yenidən qurulmasına nail olmaq planlarını açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
“Mənə elə gəlir ki, münasibətlərə yenidən baxmağın vaxtıdır. Bu sözlərin arxasında əməllərin dayanması vacibdir”, - Starmer qeyd edib.
Onun sözlərinə görə, London Brexitdən sonra bütün Avropa qonşuları ilə əlaqələrin yaxşılaşdırılmasına sadiqdir.