Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb

Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb
# 19 may 2024 15:35 (UTC +04:00)

Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yerli polisdən agentliyə məlumat verilib ki, ölkə polisinin məlumatına görə, faciəvi hadisə mayın 18-də gecə yarısına az qalmış baş verib.

Kiçik gəzinti gəmisinin italyan turistləri daşıdığı güman edilir.

Polisin məlumatına görə, qayığın göyərtəsində səkkiz nəfər olub, onların arasında uşaq olmayıb. Beş sərnişinin axtarışları davam edir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR