Ekspert: Belarus və Rusiya Baltikyanı dövlətlərlə müharibəyə başlaya bilər

Belarus və Rusianın dövlət bayraqları

© APA | Belarus və Rusianın dövlət bayraqları

# 13 iyul 2024 18:48 (UTC +04:00)

“Belarus bu ölkədə yaşayan polyakların etirazlarını alovlandıraraq, vəziyətdən istifadə edib Baltikyanı dövlətlərə qarşı müharibəyə başlaya bilər”.

APA-nın xəbərinə görə, bu iddia ilə “Bild” telekanalının efirində Avstriyalı politoloq Qustav Qressel çıxış edib.

O bildirib ki, adı çəkilən ölkələrin 7 il əvvəl keçirdiyi “Qərb-2017” təlimləri antiterror və ya müdafiə xarakterli olmayıb, məhz bu ssenariyə hazırlıq xarakteri daşıyıb.

Ekspertin sözlərinə görə, başlanması ehtimalı yüksək olan bu müharibəyə sonradan Rusiya da qoşulacaq.

Q. Qressel sonda 2000-сil, yanvarın 26-da Rusiya və Belarus arasında İttifaq dövləti haqqında müqavilənin imzalandığını da xatırladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR