Ermənistanda şəhər merinin əmlakı müsadirə oluna bilər

Anna Akopyan - Manvel Paramazyan

© APA | Anna Akopyan - Manvel Paramazyan

# 12 avqust 2024 09:47 (UTC +04:00)

Ermənistanın Baş Prokurorluğu Qacaran şəhərinin meri Manvel Paramazyan və olunla sıx əlaqədə olan bir neçə nəfərə məxsus əmlakların müsadirə olunması ilə bağlı məhkəməyə müraciət edib.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, iddia artıq icraata götürülüb.

Bildirilib ki, iddia qəbul olunarsa, həmin şəxslərə məxsus 6 fərqli ünvanda yerləşən daşınmaz əmlaklar, iki ədəd avtomobil və şirkətlərdən birindəki səhm payı dövlətin balansına keçiriləcək.

Qeyd edək ki, M. Paramazyan 2021-ci ildə müxalifətə açıq dəstəyini ifadə edib, bir il sonra isə mövqeyini dəyişib. Belə ki, onun 2022-ci ildə bölgəyə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanı əllərində gül dəstəsi il qarşılaması həmin vaxt mətbuatın diqqətini çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR