Estoniya Baş naziri: Rusiyanı məğlub etməkdə Ukraynaya yardım üçün hər şey masadadır

Fransa Prezidenti Emmanuel Makron və Estoniya Baş naziri Kaya Kallas

© APA | Fransa Prezidenti Emmanuel Makron və Estoniya Baş naziri Kaya Kallas

# 29 fevral 2024 11:07 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makrondan sonra Estoniyanın Baş naziri Kaya Kallas da Qərb liderlərinin Ukraynaya quru qoşunlarının göndərilməsini istisna etməməli olduğunu söyləyib.

APA xəbər verir ki, bu barədə Estoniya hökumət başçısı "Politico's Power Play" podkastına müsahibəsində deyib.

Kallasın sözlərinə görə, Rusiyanı məğlub etməkdə Ukraynaya yardım üçün hər şey masadadır.

Baş nazir Kallas əlavə edib ki, Ukraynaya kömək etmək üçün daha nələr edilə biləcəyini, bütün imkanları liderlər bağlı qapılar arxasında müzakirə etməlidir.

"Düşünürəm ki, bu, həm də Rusiyaya göndərdiyimiz siqnaldır, yəni biz fərqli şeyləri istisna etmirik. Çünki bütün ölkələr başa düşüb ki, biz bu müharibədə Ukraynanın qalib gəlməsi və Rusiyanın uduzması üçün hər şeyi etməliyik", - o vurğulayıb.

Ukrayna müharibəsi ilə bağlı Kallas həmçinin Almaniyanın Kiyevə maliyyə və hərbi dəstəyinin tənqid edilməsinin ədalətsiz olduğunu bildirib. Baş nazir deyib ki, Almaniyanın Ukraynaya hərbi və maliyyə dəstəyi ilə bağlı rəqəmlər göstərir ki, Berlin bu istiqamətdə böyük işlər görüb.

O, həmçinin Almaniyanın keçmiş kansleri Angela Merkelin irsini müdafiə edib: "O, hələ də böyük liderdir. Mən onun siyasəti ilə tam razı deyiləm, lakin bu, onun böyük lider olmadığı anlamına gəlmir", - Kaya Kallas qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR