Estoniya MN: Ukraynaya dəstəyimiz davam edəcək

Estoniya MN: Ukraynaya dəstəyimiz davam edəcək
# 15 avqust 2024 15:11 (UTC +04:00)

Estoniyanın Müdafiə Nazirliyinin kansleri Kusti Salm ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Teleqram” kanalında məlumat yayılıb.

O da qeyd edilib ki, Ukraynanın müdafiə nazirinin müavini Aleksandr Balanutsa Estoniya Müdafiə Nazirliyinin nümayəndəsini ordunun zəruri ehtiyacları barədə məlumatlandırıb.

Ukraynalı nazir Estoniyanın ölkəsinə dəstəyini yüksək qiymətləndirərək, əməkdaşlıq səviyyəsinin illik proqnozu üstələdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR