Avropa indi Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi rolunu oynayır.
APA xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Yle” nəşrinə müsahibəsində deyib.
"Daha çox vasitəçilər var: əvvəllər bu rolu yalnız ABŞ oynayırdı, indi Avropa da iştirak edir. ABŞ bu münaqişədə vasitəçilik rolundan əl çəkməyib", - o deyib.