Finlandiya prezidenti: “Ərazilərimizdə NATO-nun nüvə silahlarını yerləşdirməyi xahiş etməmişik”

Finlandiya prezidenti: “Ərazilərimizdə NATO-nun nüvə silahlarını yerləşdirməyi xahiş etməmişik”
# 17 may 2024 20:54 (UTC +04:00)

Finlandiya Şimali Atlantika Alyansının rəhbərliyinə öz ərazisində NATO nüvə silahlarının yerləşdirilməsi xahişi ilə müraciət etməyib.

APA xəbər verir ki, bu barədə Finlandiyanın Prezidenti Aleksandr Stubb Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində bildirib.

“NATO-nun əsasən ABŞ və müəyyən dərəcədə Böyük Britaniya tərəfindən təmin edildiyi üç çəkindirici sütunu var: qoşunlar, raketlər və nüvə çətiri. Bu, müdafiəmizin vacib hissəsidir. Amma heç kim nüvə silahının Finlandiyaya yerləşdirilməsini xahiş etməyib, onu heç kim bizə vermir. Ancaq nüvə çəkindirməsində iştirak etməyin bir çox yolu var”, - Pdövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR