Finlandiya Rusiya ilə sərhədlərini bağlayacaq

Finlandiya Rusiya ilə sərhədlərini bağlayacaq
# 28 noyabr 2023 18:28 (UTC +04:00)

Finlandiya şərq sərhədlərini bağlayır.

APA YLE-yə istinadən xəbər verir ki, hökumət noyabrın 30-dan etibarən şərq sərhədindəki bütün sərhəd-keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.

Bildirilib ki, sərhəd-keçid məntəqələri iki həftə bağlı olacaq. Sığınacaq üçün hazırda yalnız limanlarda və hava limanlarında müraciət etmək olar.

Baş nazir Petteri Orponun sözlərinə görə, hökumətin məqsədi Rusiyanın hibrid fəaliyyətlərini mümkün qədər tez nəzarət altına almaqdır. Baş nazir bildirib ki, Rusiya bu vəziyyətə səbəb olub və o da bunu dayandıra bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR