Finlandiya Ukrayna üçün sursat istehsalının həcmini artırmaq niyyətindədir

Finlandiya Ukrayna üçün sursat istehsalının həcmini artırmaq niyyətindədir
# 05 dekabr 2023 12:26 (UTC +04:00)

Finlandiya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində sursat istehsalının həcmini artırmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen yerli “İltalehti” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, ölkəsi Ukraynanı silahlandırmaq üçün sursat istehsalını daha da artırmaqla bağlı danışıqları başa çatdırıb və qeyd edib ki, çox güman ki, məsələ yaxın zamanda, Milad bayramına qədər həll olunacaq:

“Məqsədimiz Ukraynanı indikindən daha çox dəstəkləməkdir”.

Hakkanen onu da əlavə edib ki, sursat istehsalı on milyonlarla avro dəyərində artırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR