Finlandiyanın qərbində yerləşən Eura aerodromu yaxınlığında iki helikopterin toqquşması nəticəsində 5 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Estoniya Dövlət Televiziya və Radio Şirkəti məlumat yayıb.
Bildirilib ki, helikopterlər Tallindən havaya qalxaraq Satakunta bölgəsində yerləşən Kokemyaki şəhərindəki aerodroma istiqamətlənib.
Helikopterlərin qalıqları bir-birindən təxminən 100 metr məsafədə aşkar edilib.