Fransa vətəndaşı lotereyada 73 milyon avro qazanıb

Fransa vətəndaşı lotereyada 73 milyon avro qazanıb
# 21 fevral 2024 03:13 (UTC +04:00)

Fransa vətəndaşı “EuroMillions” lotereyasında cekpot udub.

APA “France-Presse”ə istinadla xəbər verir ki, qalib gələn kombinasiya 23 - 31 - 37 - 42 – 48 olub. Uduş məbləği 73 milyon avrodur (134 milyon manat).

Bundan başqa 4 avropalının hər biri 140 min avro, 3 avropalının hər biri 45 min avro qazanıb.

“EuroMillions” lotereyasında rekord uduş ötən dekabrda qeydə alınıb. Həmin ayda Avstriya vətəndaşı 240 milyon avro (439 milyon manat) qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR