“Gürcü Arzusu” ABŞ-nin sanksiya təhdidlərinə cavab verib

“Gürcü Arzusu” ABŞ-nin sanksiya təhdidlərinə cavab verib
# 21 may 2024 16:08 (UTC +04:00)

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ABŞ-nin sanksiya təhdidlərinə cavab verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, partiyanın bu gün yaydığı bəyanatda bəzi amerikalı siyasətçilərin Gürcüstanla kommunikasiyada “səhv ardınca səhv”ə yol verdiyi və şantaj dilindən istifadə etdiyi qeyd edilib.

“Gürcüstan hökuməti oyun oynamır. Biz QHT-lərin şəffaflığına dair qanunu qəbul edirik, çünki biz ölkəni sakitləşdirmək üçün başqa yol görmürük. Daha əvvəl qeyd edildiyi kimi, QHT-lərin 2020-ci ildən sonra iki dəfə inqilab cəhdi olub və biz dayanıb üçüncü cəhdin də boşa gedəcəyinə ümid edə bilmərik. Bizim üçün bu qanun ticarət obyekti deyil, Gürcüstanın suverenliyinin qorunması üçün effektiv vasitədir və biz heç bir halda ölkənin suverenliyi ilə ticarət edə bilmərik, Gürcüstana qarşı ədalətsiz hücumları cavabsız qoya bilmərik”, - bəyanatda qeyd olunub.

Bəyanatda Aİ mövzusunun davamlı olaraq Gürcüstana qarşı şantaj aləti kimi istifadə edildiyi və buna son verilməli olduğu xatırladılıb.

Qeyd edək ki, ötən gün “Politico” nəşri Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində rol oynayan deputatlara, həmçinin polis zabitlərinə, onların ailə üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutulan qanun layihəsinin Konqresə təqdim ediləcəyi barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR