Gürcüstan parlamenti etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini nəzərdən keçirməyə başlayır

Gürcüstan parlamenti etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini nəzərdən keçirməyə başlayır
# 15 aprel 2024 07:43 (UTC +04:00)

Gürcüstan parlamenti bu gün müxalifətin və vətəndaş cəmiyyəti təşkilatlarının geniş etirazına səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini nəzərdən keçirməyə başlayacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlamentin Hüquqi məsələlər komitəsi bu gün hakim “Gürcü Arzusu” partiyasının yenidən təqdim etdiyi və “xarici agentlər” qanunu kimi tanınan layihəni müzakirə edəcək.

Müzakirə ilə əlaqədar parlamentə medianın və ziyarətçilərin girişi məhdudlaşdırılıb, “sarı təhlükəsizlik vəziyyəti” elan edilib.

Komitə iclasının keçiriləcəyi vaxta paralel olaraq, saat 10:00-da müxtəlif partiyaların və QHT-lərin nümayəndələri parlament binasının girişində etiraz aksiyası təşkil edəcəklər.

Əsas etiraz aksiyanın isə axşam saat 19:00-da parlament binasının ətrafında keçirilməsi planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR