Gürcüstan parlamenti “xarici təsir” qanununa qoyulan vetonu ləğv edib - FOTO - YENİLƏNİB

Gürcüstan parlamenti “xarici təsir” qanununa qoyulan vetonu ləğv edib - FOTO  - YENİLƏNİB
# 28 may 2024 19:01 (UTC +04:00)

Gürcüstan parlamenti Prezidünt Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna vetosunu ləğv edib.
APA yerli KİV-ə istinadən xəbər verir ki, parlamentin plenar sessiyasında keçirilən səsvermədə 84 deputat vetonun aradan qaldırılmasını dəstəkləyib, 4 deputat isə qərara qarşı çıxıb.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili mayın 18-də “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub .

***

14:20

Gürcüstan parlamenti Prezidentin mübahisəli “xarici təsir” qanununa qoyduğu vetonun ləğvini müzakirə edir.

APA-nın Tbilisi mübxiri xəbər verir ki, parlamentin gün ərzində səsvermə keçirməsi gözlənlir.
Müzakirəyə parallel olaraq parlament binasının ətrafında etiraz aksiyası keçirilir. Binanın girişinə toplanan etirazçılar hakim “Gürcü Arzusu” partiyası və təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR