Gürcüstan polisi erməni diasporunun Azərbaycana qarşı təxribatına icazə verməyib - FOTO

Gürcüstan polisi erməni diasporunun Azərbaycana qarşı təxribatına icazə verməyib  - FOTO
# 01 oktyabr 2023 18:11 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən radikal erməni qrupunun təşkilatçılığı ilə Azərbaycana qarşı yürüş keçirilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, paytaxtın Vake parkı adlanan ərazisinə toplanmış təxminən 100-dək diaspor üzvü Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyinin qarşısına yürüş edib. Aksiyaçılar burada Azərbaycan və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşı cəlb edilib. Polis radikal qrupa özünü buraxmış qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib. Aİ nümayəndəliyi qarşısında müxtəlif şüarlar səsləndirən ermənilər daha sonra ərazini tərk ediblər. Aİ nümayəndəliyi ermənilərin aksiyasına heç bir reaksiya verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR