Gürcüstan Prezidenti Seçki Məcəlləsinə dəyişikliyə veto qoyacaq

Gürcüstan Prezidenti Seçki Məcəlləsinə dəyişikliyə veto qoyacaq
# 20 fevral 2024 22:36 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının ölkənin Seçki Məcəlləsinə etdiyi düzəlişi veto edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə prezident administrasiyasnın bəyanatında bildirilib. Qeyd olunub ki, bu düzəlişlər Venesiya Komisiyasının və Avropa İttifaqının 9 tövsiyəsinə ziddir.

“Bu gün Baş nazir ilk beynəlxalq səfərini Brüsselə edərkən və ölkədə beynəlxalq müşahidə missiyası varkən Gürcüstan parlamenti, hakim çoxluq Seçki Məcəlləsinə həm Venesiya Komissiyasının, həm də Aİ-nin 9 tövsiyəsinə zidd olan düzəlişləri qəbul etdi”, - Prezident qeyd edib.

Zurabişvili bildirib ki, qəbul edilən düzəlişlərlə Seçki Məcəlləsi hakim “Gürcü Arzusu” partiyasının maraqlarına uyğunlaşdırılıb. O, seçkilərin tək partiya tərəfindən təşkil edilməsi riski olduğunu, hakim partiya tərəfindən idarə edilən qərəzli seçki prosesinə həm cəmiyyət, həm də beynəlxalq ictimaiyyət tərəfindən etimadsızlıq göstəriləcəyini qeyd edib.

Vurğulanıb ki, Prezident ölkənin Avropa yoluna uyğun gəlməyən bütün digər qanun layihələri kimi bu düzəlişi də veto edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR