Gürcüstanın Baş naziri Zurabişvilini “xarici təsir” qanununa veto qoymasına görə tənqid edib - YENİLƏNİB

Gürcüstanın Baş naziri Zurabişvilini “xarici təsir” qanununa veto qoymasına görə tənqid edib - YENİLƏNİB
# 20 may 2024 11:53 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilinin “xarici təsir” qanununa veto qoyaraq müzakirə üçün bütün imkanları bağladığını deyib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə keçirdiyi brifinqdə bildirib. O, bildirib ki, Gürcüstanın tərəfdaşları veto prosedurlarını mövqelərin uzlaşdırılması üçün istifadə etmək niyyətində olub, lakin Zurabişvili qanunu kobud surətdə veto edərək sağlam müzakirələr üçün bütün imkanları bağlayıb.

Kobaxidze əlavə edib ki, Gürcüstanda keçirilən sosial sorğuların nəticəsinə görə, ölkə əhalisinin 60%-dən çoxu qanun qəbul edilməsini dəstəkləyir.

Xatırladaq ki, Prezident Salome Zurabişvili mayın 18-də mübahisəli qanun layihəsinə veto qoyub. Bundan başqa o, Fransa Prezidenti Emmanuel Makrona etirazlar fonunda Gürcüstana gəlməsi üçün müraciət edib.

***

11:31

Gürcüstan parlamenti prezidentin “xarici agentlər” haqqında qanuna vetosunu ləğv edəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR