İki il əvvəl İranda həbs olunan Fransa vətəndaşı ölkəsinə qaytarılıb

İki il əvvəl İranda həbs olunan Fransa vətəndaşı ölkəsinə qaytarılıb
# 13 iyun 2024 12:52 (UTC +04:00)

İki il əvvəl İranda həbs olunan Fransa vətəndaşı ölkəsinə qaytarılıb.

APA "France 24"ə istinadən xəbər verir ki, Fransa vətəndaşı Louis Arnaud Parisə qayıdıb.

Onu Fransa xarici işlər naziri Stefan Sejurne və eyni zamanda, ailə üzvləri qarşılayıb.

"İranda həqiqətən də özbaşına saxlanılan girovlarımızdan birini salamlamaqdan çox şadam", - Fransa XİN rəhbəri bildirib.

O əlavə edib ki, daha üç Fransa vətəndaşını azad etmək üçün "diplomatik xidmət hələ də çalışır".

Xatırladaq ki, 36 yaşlı Arnaud 2022-ci ilin iyul ayında dünya səyahətinə çıxaraq səyahəti çərçivəsində İrana gedib. O, 2022-ci ilin sentyabrında Məhsa Əmininin öldürülməsindən sonra başlayan nümayişlərə qoşulmaqda günahlandırılan digər Avropa ölkələri vətəndaşları ilə birlikdə həbs edilib. Arnaudun yoldaşları tezliklə azad edilsə də, o, təbliğat aparmaq və İranın dövlət təhlükəsizliyinə zərər vurmaq ittihamı ilə həbsxanada saxlanılıb və ötən il milli təhlükəsizlik ittihamı ilə 5 il həbs cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR