İran əsilli qadın Almaniya gözəli seçilib - FOTO

İran əsilli qadın Almaniya gözəli seçilib - FOTO
# 25 fevral 2024 09:39 (UTC +04:00)

Berlində yaşayan 39 yaşlı İran əsilli memar Apameh Şönauer "Miss Almaniya" müsabiqəsinin qalibi olub.

APA-nın "Alman dalğası"na istinadən verdiyi xəbərə görə, Baden-Vürtemberq federal əyalətinin Rust şəhərində təşkil olunan müsabiqənin qalibi 25 min avro mükafat alacaq.

Apameh Şönauer 6 yaşında olarkən ailəsi ilə Almaniyaya köçüb. İki uşaq anası olan Apameh Şönauer miqrant əsilli qadınlara dəstək olmağa çalışdığını bildirib və İranda qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR