İrəvan aeroportunda Braziliya vətəndaşının ölümünün səbəbi məlum olub - YENİLƏNİB

İrəvan aeroportunda Braziliya vətəndaşının ölümünün səbəbi məlum olub - YENİLƏNİB
# 13 avqust 2024 15:16 (UTC +04:00)

İrəvanın “Zvartnots” hava limanında ölən Braziliya vətəndaşının ölüm səbəbi məlum olub.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, ilkin ehtimalla Ermənistan gömrükçüləri onu əlində olan kimyəvi mayeni içməyə məcbur ediblər.

Braziliya vətəndaşının səhhəti məhz bundan sonra pisləşib.

O da qeyd edilir ki, saxlanılarkən o gömrük əməkdaşlarına həmin mayenin şərab olduğunu bildirib.

“Hraparak” qəzetinin iddiasına görə, sözü gedən maye əslində narkotik maddə olub.

***

14:03

İrəvanın “Zvartnots” hava limanında Braziliya vətəndaşı ölüb.

APA-nın “shamshyan.am”a istinadən xəbərinə görə, 30 yaşlı Lukas Araujolimanın gömrük əməkdaşları ilə mübahisə nəticəsində kəskin ürək çatışmazlığından öldüyü açıqlanıb.

Bildirilib ki, 30 yaşlı braziliyalı xəstəxanaya çatdırılsa da yolda keçinib.

Ermənistanın İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR