İspaniyada dünyanın ən fəal haker qruplarından birinin lideri saxlanılıb

İspaniyada dünyanın ən fəal haker qruplarından birinin lideri saxlanılıb
# 11 dekabr 2023 00:22 (UTC +04:00)

İspaniyada polis 300-dən çox kiberhücum həyata keçirən haker qrupunun liderlərindən birini saxlayıb.

APA-nın məlumatına görə, bu barədə İspaniyanın Portada CMM xəbər saytı məlumat yayıb.

“Dünyanın ən nüfuzlu haker qruplarından birinin maliyyə aparatının rəhbəri Alikantedə saxlanılıb. Onlar özlərini Kelvin Security adlandırırlar və bilavasitə bütün dünyada kritik infrastruktura və dövlət qurumlarına, o cümlədən İspaniyanın Kastiliya-La-Mança hökumətinin kompüter sistemlərinə hücumlarda adları hallanır”, - məqalədə deyilir.

Saxlanılan şəxsin Venesuela vətəndaşı olduğu və “qrupun cinayətkar fəaliyyətindən əldə edilən pulların yuyulmasına görə məsuliyyət daşıyan əsas şəxs” olduğu dəqiqləşdirilib. O, cinayətkar təşkilata mənsub olmaq, sirləri açıqlamaq, kompüterlərə ziyan vurmaq və çirkli pulların yuyulmasında ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR