İspaniyada Avropa və bir sıra müsəlman dövlətlərinin xarici işlər nazirləri Fələstinin müstəqil dövlət kimi tanınması və ardınca BMT üzvlüyünə qəbul edilməsi ətrafında müzakirə aparıblar.
APA-nın “Reuters”ə istinadən məlumatına görə, görüşdə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel, eləcə də Türkiyə, Norveç, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İndoneziya və Nigeriyanın baş diplomatları iştirak edib.
Fələstin tərəfi isə Baş nazir Məhəmməd Mustafa tərəfindən təmsil olunub.
Müzakirələrdən sonra açıqlama verən İspaniyanın xarici işlər naziri Xose Manuel Albares tərəfləri İsrail-Fələstin münaqişəsinin həlli üzrə beynəlxalq öhdəliklərin icrasına, eləcə də bu məsələnin iki dövlət prinsipi əsasında qısa müddətdə həllinə dair tədbirlər planının hazırlanmasına çağırıb.
O bildirib ki, tərəflər Fələstinin beynəlxalq hüququn subyekti kimi tanınması məsələsində praktik fəaliyyətə keçməklə bağlı razılıq əldə edib.
İspaniyada Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı müzakirə aparılıb
13 sentyabr 2024 17:11 (UTC +04:00)
Avropa
Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir
22:18
7 oktyabr 2024
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq
21:36
7 oktyabr 2024
Gürcüstan Anaklia limanını 2029-cu ilədək istifadəyə verəcək
21:25
7 oktyabr 2024
Borrell: Heç bir hərbi həll İsrail və Fələstin xalqlarına gələcək gətirməyəcək
17:37
7 oktyabr 2024