İspaniyada gecə klubunda baş verən yanğında 18 nəfər itkin düşüb - YENİLƏNİB

İspaniyada gecə klubunda baş verən yanğında 18 nəfər itkin düşüb - YENİLƏNİB
# 02 oktyabr 2023 07:55 (UTC +04:00)

İspaniyanın Mursiya şəhərində gecə klubunda baş verən yanğından sonra 18 nəfər itkin düşmüş hesab edilir.

APA-nın RTVE telekanalına istinadən verdiyi məlumata görə, bu barədə şəhər meri Rebeka Peres məlumat verib.

***

20.21

İspaniyanın cənub-şərqindəki Mursiya şəhərindəki gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti məlumat yayıb.

Alovun söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə nəticəsində 4 nəfər yaralanıb.

“La opinión de Murcia” qəzetinin yazdığına görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Mursiyada 3 günlük matəm elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR