Bu yaxınlarda Fələstini ölkə kimi tanıyan İspaniyanın Baş naziri Pedro Sançes bütün Avropa ölkələrini onlara qoşulmağa çağırıb.
APA xəbər verir ki, İspaniyanın baş naziri Pedro Sançes bu sözləri paytaxt Madriddə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə təşkil etdiyi mətbuat konfransında deyib.
O, əvvəlcə Türkiyə ilə ölkəsi arasında siyasi və isqtisadi əlaqələrdən danışaraq, bu əlaqələrin mükəmməl olduğunu deyib.
Daha sonra Fələstinin tanınmasının bölgədə daimi sülhə nail olmaq üçün yeganə həll yolu olduğunu vurğulayan Sançez Norveç və İrlandiyanın Fələstin dövlətini tanımağa qərar verdiyini, Sloveniyanın da onlara qoşulduğunu xatırladaraq, digər Avropa ölkələrini də Fələstini tanımağa çağırırıq: "Yeganə çıxış yolu budur. Beynəlxalq ictimaiyyətin də bu məsələdə addım atmasına ehtiyac var”.