ABŞ İsrailin Beyrutda Hizbullahın yüksək səviyyəli komandirini vurmaq planı barədə əvvəlcədən məlumatlandırılmayıb.
APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Qeyd edək ki, İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Hizbullaha yaxın mənbə isə AFP-yə İbrahim Akilin İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.