İsveç İranda həbsdə olan Aİ diplomatının azad edilməsini tələb edib

İsveç İranda həbsdə olan Aİ diplomatının azad edilməsini tələb edib
# 11 dekabr 2023 17:18 (UTC +04:00)

İsveç İranda həbsdə olan Aİ diplomatının dərhal azad edilməsini tələb edib.

APA xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin Avropa İttifaqındakı əməkdaşı Johan Floderusun İrandan dərhal azad edilməsini tələb edib:

"O, tamamilə özbaşına saxlanılıb. Onun dərhal azad edilməsini tələb edirik".

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell də Floderusun günahsız olduğunu, dərhal azad edilməsini tələb edib.

Qeyd edək ki, Johan Floderus 2022-ci ilin aprel ayında İranda həbs edilib. İran ötən gün bildirib ki, Floderus İsrailin xeyrinə casusluqda və korrupsiyada ittiham edilir. Bu, İranda ölüm cəzası nəzərdə tutan bir cinayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR