İtaliya yoxsul ölkələrə iqlim dəyişikliyi səbəbilə itki və zərərin öhdəsindən gəlmək üçün yeni yaradılan fonda (BƏƏ-nin təşəbbüsü ilə yaradılmış fond - red.) 100 milyon avro (108,91 milyon dollar) verəcək.
APA-nın BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə İtaliya Baş naziri Giorgia Meloni Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində keçirilən müzakirədə deyib.
"Biz COP28-in məqsədlərinə nail olmaq üçün 100 milyon avronu yeni yaradılmış fonda töhfə veririk", - o bildirib.
İtaliya Baş naziri qeyd edib ki, dünya ərzaq təhlükəsizliyi onun xarici siyasət prioritetləri arasındadır və Roma Afrikaya səmərəli qida istehsalı sistemini inkişaf etdirməyə kömək etmək istəyir.