KİV: Fransa səfiri bu gün səhər Nigeri tərk edib

KİV: Fransa səfiri bu gün səhər Nigeri tərk edib
# 27 sentyabr 2023 11:56 (UTC +04:00)

Fransanın Nigerdəki səfiri bu gün səhər Niameyi tərk edib.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Niameydəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, səfir Silven İtte yaxın saatlarda Parisə çatacaq.

Qeyd edək ki, Fransa hökumət rəsmiləri məlumatı hələlik təsdiqləməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR