KİV: Macarıstan bu il İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyəcək

KİV: Macarıstan bu il İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməyəcək
# 07 dekabr 2023 17:36 (UTC +04:00)

Macarıstan bu il İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək niyyətində deyil.

APA xəbər verir ki, bu barədə İsveç Radiosu bildirib.

İsveç Radiosunun məlumatına görə, Macarıstan parlamenti fevral ayına qədər davam edəcək sessiyanın fasiləsindən əvvəl sonuncu dəfə gələn həftə iclas keçirəcək. Lakin gələn həftə keçiriləcək iclasın gündəmində İsveçin NATO-ya üzvlüyü ilə bağlı heç bir bölmə yoxdur. İsveç Radiosu qeyd edib ki, ölkə parlamenti daha sonra növbədənkənar iclasa çağırıla bilər, lakin bu, hazırda mümkün görünmür.

Xatırladaq ki, Macarıstan və Türkiyə NATO-ya üzv olan yeganə ölkələrdir ki, İsveçin üzvlüyünü hələ ratifikasiya etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR