KİV: Makron Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etmək üçün Orbanı Parisə dəvət edib

KİV: Makron Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etmək üçün Orbanı Parisə dəvət edib
# 05 dekabr 2023 16:28 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Ukrayna məsələsi ilə əlaqədar Macarıstan Baş naziri Viktor Orbanı Parisə dəvət edib.

APA xəbər verir ki, bu barədə "Politico" mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Fransa Prezidenti Emmanuel Makron Baş nazir Orbanı kompromis əldə etmək üçün bu həftənin sonunda Parisdə görüşməyə dəvət edib.

Xatırladaq ki, Macarıstan lideri Avropa Komissiyasının noyabrda üzvlük müzakirələrinin başlanmasını təsdiqlədikdən sonra Kiyevlə üzvlük danışıqlarının başlanmasına qəti şəkildə qarşı çıxıb və Ukraynaya planlaşdırılan 50 milyard avroluq yardıma veto qoyacağı ilə hədələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR