"Ukrayna qoşunları faktiki olaraq NATO ordusuna çevrilir".
APA xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba Ukrayna-NATO Şurası xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Nazirin fikrincə, Ukrayna qoşunları texniki imkanları və idarəetmə prinsiplərinin təkmilləşdirilməsi sayəsində faktiki olaraq NATO ordusuna çevrilir:
"Biz hazırda Avropanın ən güclü ordusuna sahibik. NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətimizi artırırıq”, - deyə ukraynalı nazir qeyd edib.